ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək

 

26

Oktyabrın 3-dən 5-dək İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək.  Bahar Muradovanın rəhbərlik edəcəyi Azərbaycan nümayəndə heyətinin də qatılacağı sessiya çərçivəsində Assambleyanın konfransı, Aralıq dənizi Forumu və daimi komitənin iclasları keçiriləcək.

“Yeni təhlükəsizlik çağırışları: parlamentlərin rolu” devizi altında keçiriləcək konfrans çərçivəsində ATƏT-in təhlükəsizliyin ölçülərini əhatə edən hər üç komitəsinin iclaslarının keçirilməsi nəzərdə tutulur.

Parlamentlərarası dialoqun inkişaf etdirilməsinə xidmət edən payız sessiyası ATƏT-in vəzifələri ilə bağlı aktual mövzulara dair mühüm forumdur.

Qeyd edək ki, Azərbaycan tərəfi ATƏT Parlament Assambleyasının (PA) Cenevrədə keçiriləcək payız sessiyasında Ermənistanın avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribat və Tərtər istiqamətində 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi faktını qaldıracaq.