Azərbaycanlı Rusiyada deputat seçildi

87

 

Ruslan Şərifov Volqoqrad Dumasının deputatıdır

 

IV çağırışın başa çatmasına 3 ay qalmış Volqoqrad vilayət Dumasında dəyişikliklər edilib. 
ANS PRESS-in məlumatına görə, əslən azərbaycanlı olan Ruslan Şərifov növbədənkənar keçirilən seçkilərdə qələbə qazanıb.
O, “Lukoyl” şirkətinin keçmiş vitse prezidentinin oğludur.
Ruslan Şərifov 2003-2009-cu illərdə də Volqoqrad vilayət Dumasının deputatı olub.
O, 2009-cu ildə IV çağırışda seçkilərə qatılsa da, bir neçə səs azlığı üzündən deputat mandatını əldə edə bilməmişdi.