ATƏT tərəfləri sülhə çağırdı

ATET-1

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar.

XALQ.AZ-ın məlumatına görə, vasitəçilər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar.

ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun üzvləri qoşunların təmas xəttində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından narahatlıq ifadə ediblər.