Şeyx başsağlığı verdi

Seyx

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə başsağlığı verib, Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyib, torpaqlarımızın azad, ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edib.

XALQ.AZ-ın məlumatına görə, Şeyxin göstərişilə bütün məscidlərdə son günlər cəbhədə şəhid olmuş hərbçilərin xatirələri yad olunub.

Paytaxtda Təzəpir məscidində də şəhidlərimiz anılıb.

Dindar Zahidə Məmmədova deyir ki, “Allahım özü kömək olsun, güc versin bizim gənclərə. Allah qorusun gənclərimizi, şəhid olanlara rəhmət eləsin”.

Dindar Rasim Vəliyev qeyd edir ki, “Amma gün, o gün olsun ki, bu şəhid verilməsi dayandırılsın, çünki bu qədər davam edə bilməz. Qılınan namazları, edilən duaları Allah-təala qəbulu dərgahına yetirsin”.

Bölgələrdəki məscidlərdə də şəhidlərimizin ruhuna Quran ayələri oxunub, dualar edilib, Allahdan rəhmət dilənib.