XİN sərt bəyanat yaydı

XIN

Azərbaycan Xarici İşlər Nazirliyi təmas xəttində yaranmış təhlükəli vəziyyətlə bağlı bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bəyan edib.

XALQ.AZ-ın məlumatına görə, rəsmi Bakı bəyan edir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi və sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması, bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.

Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir.

Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.