Ata azyaşlı qızını zorladı

8

 

Ucar rayonunda tükürpədici zorlanma hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, olay ötən ayın 27-də Ucar şəhərində baş verib. Belə ki, şəhər sakini 1968-ci il təvəvllüdlü Sahib Əlisəməd oğlu İbrahimov 2012-ci ilin noyabrında N.V. ilə qeyri rəsmi evlənərək Ucarda yaşayıblar. Həmin vaxt ananın yanında P.V. adlı 5 yaşlı qız övladı da olub.

Onların evlənməsindən iki il sonra, ata 7 yaşlı qızlığı P.V.-ni rayon ərazisindəki ucqar yiyəsiz yerlərdən birinə apararaq zorlayıb. Bu barədə 34 yaşlı N.V. rayon polis şöbəsinə müraciət edib. Müraciətdən sonra isə həmin şəxs saxlanılıb.

Daha sonra iş Ucar rayon Prokrorluğuna təqdim olunub. Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, verilən məlumata görə, həmin şəxs 3-4 dəfə ailəli olub və ailəsini atıb.