YAP-da iclas keçirildi

9

 

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev deyib ki, Mətbuat və ictimai əlaqələr komissiyası Yeni Azərbaycan Partiyasmın İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasmın qərarı ilə yaradılıb.

Bildirilib ki, Komissiya Azərbaycan Respublikasınm qanunvericiliyinə və Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Bununla belə Komissiya partiyanın İcra Katibliyi ilə sıx təmasda fəaliyyət göstərir və Kütləvi İnformasiya Vasitələri ilə əlaqəli işləyir. Komissiyada qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

N.Xudiyev Komissiyanın 2014-cü il üçün iş planı haqqında da danışaraq deyib ki, Komissiya ilə mətbuat arasında əlaqələrin tənzimlənməsini təmin etmək məqsədi ilə KİV rəhbərləri ilə geniş tərkibdə müzakirəni təşkil edir. Bununla belə Komissiya qarşıdan duran vəzifələrin icra vəziyyətini müzakirə etmək üçün hər rübdə bir dəfə toplanır.

Daha sonra Komissiyanın vəzifələri haqqında məlumat verilib. Diqqətə çatdılıb ki, dövlətçiliyimizin qorunmasında böyük rola malik olan azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Hər dövrün öz tələbi olduğu üçün mətbuatın da qarşısında yeni-yeni vəzifələr dayanır. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün ictimaiyyətin onlardan əsas gözləntilərinin nədən ibarət olduğu aydınlaşar.

  1. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm islahatların uğurlu nəticələri, qazanılmış nailiyyətlər ideoloji sahədə alternativi olmayan bir vasitədir. Bu nailiyyətlərin ictimai rəyə tam hakim kəsilməsi KİV üzərinə mühüm vəzifələr qoyur. Bu istiqamətdə görülən işlərlə bağlı daha səmərəli rəy və təkliflərin hazırlanması;

  2. Ümummilli lider Heydər Əliyevin şah əsəri bu günkü qüdrətli, dinamik inkişaf edən, zəngin və demokratik Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev siyasi irsinin əbədiliyi və müstəqil Azərbaycan ilə paralelliyi daim diqqət mərkəzində saxlanılmalıdır.

  3. Azərbaycanın müharibə vəziyyətində olduğunu nəzərə alaraq, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətini özündə əks etdirən yazılara və verlişlərə daha geniş yer verilməsinə nail olmaq. Münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında qazanılmış nailiyyətlərlə kifayətlənməməli, bu səpkidə audio, video materialların, eləcə də yazılı məlumatlarm yayımına təkan vermək;

  4. Vətənpərvərlik mövzusunda yazılar və verlişlərin artırılmasma böyük zərurət var. Dövlətin suverenliyinin, sərhədlərinin toxunulmazlığının qarantı olan ordumuzun qüdrətinin daha da artırılması istiqamətində mühüm addımlar atılır. Cəmiyətin bir hissəsi olan ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların geniş işıqlandırılmasına nail olmaq;

5.Hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın Dağlıq Qarabağ problemi ilə yanaşı, eyni zamanda münaqişə nəticəsində öz doğma yurd-yuvalarmdan didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası probleminin həllində üzərində düşən vəzifəni yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərmək. Bu məsələ daim diqqətdə saxlanılmalıdır ki, insan hüquq və azadlıqlarının qorımmasmı həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövləti bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarmm da bərpasına çalışır, beynəlxalq təşkilatları bu məsələyə diqqət göstərməyə çağırır.

  1. Ölkələr arasında mövcud olan əməkdaşlıq körpüsünün möhkəmlənməsində mətbuatın da rolu inkaredilməzdir. Təcrübə mübadiləsinin, media qurumları arasında əlaqələrin genişləndirilməsi fonunda həm bu missiyanın uğurla həyata keçirilməsinə dəstək göstərmək;

  2. Mətbuat cəmiyyətin güzgüsü olaraq obyektivlik, qərəzsizlik prinsiplərini heç zaman unutmamalıdır. Təbii ki, ölkədə uğurlarla yanaşı, problemlər də mövcuddur. Mətbuat heç bir qərəzə yol vermədən həmin problemlərin işıqlandırılmasına və öz müsbət həllini tapmasma töhfəsini verməlidir.

Daha sonra YAP Siyasi Şurasının üzvü, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib.

Qeyd edək ki, Komissiyanın üzvləri aşağıdakılardan ibarətdir:

  1. Ağabəy Əsgərov – YAP Siyasi Şurasının üzvü, “Azərbaycan” Nəşriyyatının baş direktoru

  2. Mirkazım Kazımov – YAP Siyasi Şurasının üzvü, MM-in deputatı

  3. Vüqar Rəhimzadə – YAP Siyasi Şurasmın üzvü, “İki sahil” qəzetinin baş redaktoru

  4. Sədrəddin Əkbərov – YAP Siyasi Şurasınm üzvü, Bakı şəhər İH-də memar

Ekspert qrupu

  1. Bəhruz Quliyev – “Səs”qəzetinin baş redaktoru

  2. Hikmət Babaoğlu-“Yeni Azərbaycan” qəzetinin baş redaktoru

İclasın sonunda isə komissiya üzvləri 2014-cü il üçün iş planı haqqında müəyyən fikir və təkliflərini səsləndiriblər.