Ərzaq bahalaşdı

25

 

2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar ayı ərzində unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadədə olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb.