Ata qızını pəncərədən atdı

Qiz-1

Rusiyada kişi öz qızını pəncərədən atıb. XALQ.AZ-ın məlumatına görə, hadisə Moskvada qeydə alınıb.

Cənubi Butova sakini olan şəxs 16 yaşlı qızını yaşadığı hündürmərtəbəli binanın eyvanından atıb. Bundan sonra adı açıqlanmayan şəxs həyatına qəsd etməyə çalışıb. Bu məqsədlə o özünə döş qəfəsindən bıçaq zərbələri vurub.

Hadisə ötən gün axşam saatlarında Lazareva küçəsi 36 ünvanında baş verib.

Hadisə nəticəsində yeniyetmə qız hadisə yerində ölüb. Atası isə xəstəxanaya çatdırılıb.