Atası ilə dalaşan gəncdən dəhşətli əməl

2

Ötən gün Ağdam rayonunda intihara cəhd olub.

XALQ.AZ-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Həsən Mircəlal oğlu Cəfərov özünə bıçaqla xəsarət yetirib. Onu ağır yaralı halda xəstəxanaya yerləşdiriblər.

Araşdırmalar zamanı məlum olub ki, gənc oğlan atası ilə mübahisə edib. Daha sonra özünə xəsarət yetirib.

Həsən Cəfərov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.