ATV-nin iki əməkdaşı koronavirusa yoluxdu

ATV telekanalının iki əməkdaşı koronavirusa yoluxub. 

XALQ.AZ-ın məlumatına görə, sözügedən televiziyada çalışan iki jurnalistdən COVID-19-a qarşı götürülən analizlərin nəticələri müsbət çıxıb. 

Onlardan biri müalicə üçün Atletlər kəndinə, digəri isə pandemiya əleyhinə tibb müəssisələrindən birinə yerləşdirilib.