Rəqsanə hamam xalatında yataq görüntüsünü paylaşdı – FOTO

Rusiyada yaşayıb, orada müğənnilik fəaliyyətini uğurla davam etdirən Rəqsanə İsmayılova paylaşımı ilə özündən söz etdirib.

XALQ.AZ xəbər verir ki, hamam xalatında başını dəsmalla bağlayıb yataqda oturan sənətçinin çəkdirdiyi foto sosial media hesabında paylaşılıb.

R.İsmayılovanın “Səni həyatının sonuna kimi qınayacaqlar. Ona görə də, istədiyin kimi yaşa…” başlığı altında paylaşdığı şəkil izləyicilər tərəfindən xoş rəylərlə qarşılanıb.

Onlar müğənninin ünvanına təriflər yağdırıblar.

XALQ.AZ