Aviareysdə problem

Avia

Dünən axşam saatlarında yerinə yetirilməli olan Bakı-İstanbul (Atatürk hava limanı) aviareysi 3 saatlıq ləngiyib.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) verilən məlumata görə, “Türk Hava Yolları” şirkətinə məxsus təyyarə qrafik üzrə 20:20-də deyil, təxminən 23:30 radələrində uçmalı olub.

“Ləngiməyə səbəb texniki nasazlıq olub. Yaranmış nasazlıq səbəbindən sərnişinlər başqa təyyarə ilə yola salınıb”, – deyə şirkətdən bildirilib.

Təyyarə Bakı vaxtı ilə 06:10-da Atatürk hava limanına enib.