Nazir Tovuza gedir

Nazir

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşlarla görüşəcək.

XALQ.AZ-ın Nazirliyə istinadla verdiyi məlumata görə, görüş avqust ayının 22-də saat 11:00-da Tovuz rayonunda baş tutacaq. Nazir qəbulda Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 022-315-30-52, 050-736-07-10) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.