Bakıda məhkum ölüb

Oldu

Ötən gecə Bakıda məhkum ölüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən verilən məlumata görə, hadisə xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Xəstəxanada müalicə alan 1952-ci il təvəllüdlü Səməd İmran oğlu Məmmədovun qəflətən vəziyyəti dəyişib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Səməd Məmmədov Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilib.

Ölümün səbəbləri araşdırılır.