2 yeni su anbarı tikiləcək

Su

Ucar rayonunun Rəstəcə kəndində hər birinin tutumu 6 min kubmetr olan 2 su anbarı tikiləcək.

Rayon su-kanal idarəsindən bildiriblər ki, artıq inşasına başlanılan və gələn il istifadəyə veriləcək hər iki anbar Ağsu rayonunun Külüllü su mənbəyindən çəkilən magistral kəmər vasitəsilə doldurulacaq. Anbarın suyundan Ucar şəhərinin, habelə Rəstəcə və Qarabörk kəndlərinin sakinləri istifadə edəcəklər.

Anbarların tikintisi “Azərinşaat TT” MMC tərəfindən aparılır.