Piyada keçidində moda nümayişi (VİDEO)

Bakının mərkəzi küçələrinin birində moda nümayişi baş tutub.

XALQ.AZ-ın məlumatına görə, “Fırfıra” sosial hərəkatı tərəfindən təşkil edilən moda nümayişi piyada keçidində baş tutub.

“Piyada podiumu” adlanan nümayiş aksiya xarakteri daşıyıb. Piyada keçidində moda nümayiş etdirən modellərin əsas məqsədi piyadaların və sürücülərin diqqətini yol hərəkət qaydalarına cəlb etmək olub.

“Piyada keçidindən keçmək üçün kifayət qədər vaxtımız var” devizi ilə baş tutan podiumun məqsədi piyadaların piyada keçidindən istifadəsinin təbliğinə hesablanıb.