Avropa Azərbaycan Cəmiyyətindən yenilik

4

 

Britaniyanın 50 deputatı Azərbaycan üçün gərəkən sənədə imza atdı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdan rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti (AAC) (The European Azerbaijan Society (TEAS)) daha bir istəyinə nail olub. “PRWEB UK” saytının yaydığı xəbərdə bildirilir ki, Böyük Britaniya parlamentinin 50 nəfər üzvü Azərbaycan üçün gərəkli olan bir məsələyə imza atıblar. Bildirilir ki,, söhbət Beynəlxalq Qaçqınlar Günündən gedir. Britaniyalı deputatlar təklif edirlər ki, həmin gün BMT üzrə Beynəlxalq Qaçqınlar və Daxili Köçkünlər Günü kimi qeyd olunsun. Artıq bu məsələ parlamentin səhər iclasında gündəmə gətirilib.

Sayt yazır ki, bu düzəlişə imza atan deputatlar parlamentdəki bütün siyasi qüvvələri təmsil edirlər. Bu dəyişikliklə bağlı təşəbbüs isə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən gəlib. Əlbəttə, belə bir düzəliş Azərbaycan üçün xüsusilə önəmlidir. Çünki Azərbaycanın daxilində əsasən Dağlıq Qarabağdan və işğal olunmuş ətraf rayonlardan köçkün düşənlərin sayı 875 min nəfərdir. Belə bir düzəliş isə həmin insanların taleyindən dolayı beynəlxalq siyasi müstəvidə ciddi manevr imkanları yaradır.

Əlbəttə, Böyük Britaniyanın 50 deputatının belə bir sənədə imza atması ciddi hadisədir. Amma bu istəyin reallaşması üçün əlavə tədbirlərə də ehtiyac var. Ümid edirik ki, müsbət nəticə əldə olunana kimi bu kimi təşəbbüslər davam edəcək.
Bunu isə 875 min nəfər taleyinə təsir edə biləcək önəmli təşəbbüs kimi qiymətləndirmək olar.
Musavat.com