Avropa Rusiyaya qarşı yeni sankisyalar hazırlayıb

 

28

Avropa Komissiyası Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı yeni sankisyalar paketi hazırlayıb.

 

“Bu barədə yekun qərarı Avropa ittifaqına üzv ölkələr qəbul edəcək, lakin mən düşünürəm ki, bu effektiv və balanslaşdırılmış sanksiyalar paketidir. Mən inanıram ki, üzv ölkələr bu məhdudlaşdırcı tədbirlər paketini gələn həftə qəbul edəcək” – deyə, Avrokomissiyanın sədri Joze Manuel Barrozu bildirib.

Barrozu vurğulayıb ki, bu sanksiyalar Ukraynadakı böhranın diplomatik yolla həll edilməsi üçün vasitədir. Bununla əlaqədar Barrozu Ukraynadakı zorakılığı dayandırmaq üçün Rusiyanı müvafiq addımlar atmağa çağırıb.