Paytaxtda gecəqondular sökülür

 

27

Bakının Sabunçu qəsəbəsində yerləşən gecəqonduların sökülməsi ilə bağlı əhaliyə xəbərdarlıq bildirişləri paylanılıb.

 

Qəsəbənin 4-cü Mədən sakinlərinin verdiyi məlumata görə, Dövlət Neft Şirkəti (ARDNŞ) bu ərazidəki torpaqların neft şirkətinin mülkiyyəti olduğunu əsas gətirərək bu massivdə tikilən evlərin qanunsuz olduğunu və tezliklə söküləcəyini bildirib.

 

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, artıq məhkəmələr bir-bir qətnamələr çıxarır. Qətnamələrdə qəsəbədə yerləşən evlərin sökülməsi nəzərdə tutulub.