Avtobus aşdı: 49 yaralı var

23

 

Səfərə çıxan sərnişin avtobusu aşıb. İki sürücü də daxil olmaqla sərnişinlərlə bərabər 49 nəfər yaralanıb.

 

Türkiyə  mətbuatına verdiyi xəbərə görə,  avtobus Türkiyənin Konya şəhərindən Ağrı dağa  gedərkən Kayseridə qəzaya düşüb. Hadisənin baş verməsinə səbəb avtobusu idarə edən sürücünün sükan arxasında idarəetməni itirməsi olub.

 

Hadisə  şahidlərinin köməkliyi ilə əraziyə təcili yardım maşınları, xilasetmə qrupu və polis əməkdaşları cəlb olunub. Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.