Avstriyada mətbəx festivalı keçirildi – Azərbaycan xörəyinə heyran oldular

Dekabrın 18-də Avstriya Respublikasının Salzburg şəhərində  mədəniyyətlərarası mətbəx festivalı keçirilib. Gün boyunca festivala dünyanın bir çox ölkələrindən gələn diaspor nümayəndələri öz ölkələrinin milli mətbəxinin təamlarını tədbir iştirakçılarına təqdim ediblər.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycanı bu tədbirdə Avstriya Azərbaycanlılar Cəmiyyəti təbliğ edib.
Cəmiyyət Azərbaycan mətbəxinin əvəzolunmaz təamı olan “şah plov”la bu tədbirə qatılıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətini rəbəri Fərid Əzizov tədbir barəsində bildirib ki,təşkilat olaraq bu tədbirə bir neçə müddətdir ki hazırlıq görürdülər.
“Hazırladığımız plov tədbir iştirakçılarının çox xoşuna gəldi. Hətta marağlı bir məqam burasındadır ki, bir dəfə “şah plov”u dadan iştirakçı yenidən gəlib istəyir və digər iştirakçılarada bu təamı dadmağı tövsiyə edirdi.

Düşünürəm ki bu cür tədbirlərdə iştirakımız bizim üçün çox vacibdir, çünki biz öz mədəniyyətimizi dünyaya daha yaxşı tanıtmaq şansı qazanırıq”.

XALQ.AZ