Deputat Araz Əlizadə əməliyyat olunub

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.

“Report”un əldə etdiyi məlumata görə, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.

Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

“Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi”, – klinikadan bildirilib.

XALQ.AZ