Avtobus sürücüləri ilə bağlı yenilik

Avtobus

Əsas məqsəd marşrut xətlərində avtobusları idarə edən şəxslərlə bağlı məlumatların toplanmasıdır.

XALQ.AZ-ın məlumatına görə, artıq bu istiqamətdə müəyyən işlər görülür və ölkədə ehtiyat sürücü bazası formalaşdırılır.

Nəqliyyat Nazirliyi (NN) tərəfindən həyata keçirilən sözügedən fəaliyyət nəticəsində sahibkarlara sürücülər barədə məlumat veriləcək.
Nazirlikdən bildirilib ki, hər hansı bir avtobusda qəza törədən sürücü sabah digər bir sahibkara müraciət edərək başqa marşrutda işə düzəlmək istəyərsə, onun barədə sahibkara məlumat əldə edə biləcək.

“Yəni həmin sürücünün iş qabiliyyətinin yaxşı və ya pis olması, qəza törədib-törətməməsi barədə sahibkar məlumatlandırılacaq”, – deyə NN-dən bildirilib.