Masallıda 2 ton ot maşınla birlikdə yandı

Ford

Masallıda ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, yanğın Masallı rayon mərkəzindən 8 km aralıda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tikilidə baş verib.

Nəticədə, tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə, çardağına yığılmış 3 ton ot bağlamasının 2 tonu və qarajın içərisində “Ford” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.