Avtobus sürücüləri nəzarətə götürüldü

Avtobus

Avtobus sürücüləri də nəzarətə götürülüb.

XALQ.AZ-ın məlumatına görə, oxucular “Milli.Az”a növbəti avtobus saymazlığını göstərən foto təqdim ediblər. Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində çəkilən foto nəqliyyat sistemindəki mənzərəni çılpaqlığı ilə göstərir.

Bir neçə sürücü avtobusları yolun hərəkət hissəsində saxlayıb. Nəticədə yolun bir hissəsini tutub və arxadan gələn maşınlar qarşı yola çıxaraq qəza təhlükəsi yaratmaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, bu cür sürücülərə qarşı sərt tədbirlər görülür: “Yol polisi və Nəqliyat Nazirliyi əməkdaşları avtobuslara qarşı birgə reydlər keçirir. Qayda pozuntusu edən sürücülər məsuliyyətə cəlb olunur”.

Nazirlikdən həmçinin onu da əlavə etdilər ki, baş verən neqativ halların qarşısını almaq üçün artıq sürücü bazasının da yaradılmasına başlanılıb.