Azyaşlı uşaq xilas edildi

Usaq

Azərbaycanda bir azyaşlı uşaq xilas edilib.

XALQ.AZ-ın məlumatına görə, hadisə Kürdəmir şəhərində baş verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, bir azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açaraq, içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib.