Siyəzəndə qəza: 2 yaralı

Qazel

Bakı-Quba-Rusiya Federasiyası yolunda yol-nəqliyyat qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

“Shacman” markalı yük maşını “QAZel” markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində “QAZel”də olan Quba rayonunun Rustov kənd sakinləri 56 yaşlı Kərimov Səfərqulu Məhəmməd oğlu və onun 29 yaşlı oğlu Kərimov Yaşar müxtəlif bədən xəsarətləri alıb.

Ata-oğul qapalı kəllə beyin travması və sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

S.Kərimovun vəziyyətinin orta ağır, oğlunun vəziyyətinin isə ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.