Avtobus yük maşınına çırpıldı

 

41

 

Bu gün saat 11:40 radələrində Bakı Dairəvi yolda sərnişin avotbusu qəzaya uğrayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Yasamaldan Sədərəkə gedən yolda, “Qismət” şadlıq sarayının yaxınlığında baş verib.

Belə ki, Vüsal Muxtarovun idarə etdiyi 188 saylı, “Daewoo” markalı, 10 TG 170 dövlət nömrə nişanlı avtobusla Allahverdi Əhmədovun idarə etdiyi “Shaqman” markalı, 90 JM 307 dövlət nömrə nişanlı yük maşını toqquşub. Yük maşını avtobusun sürücü olan hissəsində vurib.

Qəza nəticəsində sürücü və bir sərnişin yaralanıb.

Qəzaya uğrayan avtobus şirkəti olan Xaliq Faiqoğlu MMC-dən ANS PRESS-ə verilən məlumata görə, hadisə yük maşını sürücüsünün günahı ucbatından baş verib. Sərnişin avtobusuna isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.