İki millət vəkilindən müğənniyə hədiyyə

 

33

 

İki millət vəkili, bəstəkar Novruz Aslan yeni mahnı yazıb. O, daha bir millət vəkili Eldar Quliyevin sözlərinə “Qızılgülüm” adlı mahnını bəstələyib.

XALQ.AZ xəbər verir ki, bəstəkar ritmik və şən üslubda yazdığı mahnını müğənni Sevinc Musayevaya təqdim edib.

Artıq mahnının klipi də ekranlaşdırılıb. Rejissor Nail Naiboğlu mahnının sözlərinə və ritminə uyğun əlvan dekor və səhnələr çəkib. Sevinc Musayeva isə qızılgüllərdən don geyinərək kameralar önünə keçib.

Müğənninin geyimlərinin müəllifi modelyer Şəlalə Maqsudova, stilist isə Nura Babayevadır. Müğənni klipin çox dinamik, əlvan və sevgi dolu olduğunu bildirirərək, tamaşaçıların zövqünü oxşayacağına inanır. “Mahnının sözləri çox sadə, asan və diləyatımlıdır. Əslində bu cür mahnılar üçün sözlər məhz belə olmalıdır. Novruz Aslan isə həmişə olduğu kimi müasir və maraqlı bir bəstə ərsəyə gətirib”.