Ukrayna prezidenti Amerikadadır

91

 

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün ABŞ-ın paytaxtı Vaşinqtona rəsmi səfərə gedib.XALQ.AZ xarici KİV-ə istinadən xəbər verir ki, onun ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden, Dövlət Departamentinin rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Ukrayna prezidenti Senat və Konqresin Nümayəndələr Palatasının birgə iclasında çıxış da edəcək. ABŞ prezidenti Barak Obamanın Pyotr Poroşenkoya Ukraynadakı vəziyyətin sülh yolu ilə normallaşdırılması üçün çağırış edəcəyi də planlaşdırılır. Bundan əvvəl xəbər verilib ki, ABŞ parlamenti Ukraynaya silah və maliyyə yardımını nəzərdə tutan qanun da hazırlayıb.