Aybəniz Haşımova yeni klipin təqdimatını keçirib (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova və gənc xanəndə Vəli Səfərov birgə ifa etdikləri “İntizar” adlı duetə çəkdirdikləri klipin təqdimatını keçiriblər.

XALQ.AZ-ın məlumatına görə, Əməkdar artist Aybəniz Haşımova və 2006-cı ilin “Xalq ulduzu” yarışmasının qalibi, gənc müğənni Vəli Səfərov media əhlini və tanınmış simaları Beynəlxalq Mətbuat Mərkəzində bir araya toplayıb.

“Sevgililər günü” keçirilən klip təqdimatı mərasimində əməkdar artistlər Aybəniz Haşımova, Firuzə İbadova, müğənnilər Zakir Əliyev, Nurlan Əzizbəyli, Aslan, Aynişan, media nümayəndələri və başqaları iştirak edib.

Əməkdar artist mahnının 2013-cü il avqustun 15-də ifa edildiyini bildirib. Mahnının sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya aiddir. Klipinin rejissoru isə Azər İbrahimovdur.