Ucuz ada almaq istəyənlərə şad xəbər

Ada

Cüzi miqdarda pul xərcləməklə Okeanda şəxsi adaya sahib olmaq olar.

XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkədə ən ucuz beş ada haqqında məlumat yayılıb.

Hemlow Island
Qiyməti – 29,5 min dollar
Yeni Şotlandiya, Kanada
Adanın sahəsi — 21 hektar, ancaq bu qiymətə onun 0,8 hektarını almaq olar. 1900-cü illərin başlanğıcında adada məskunlaşma başlayıb. Hazırda burada az miqdarda sakinlər yaşayır, həmçinin məktəb və ərzaq mağazası var.

Chandler Island
Qiymət – 39,9 min dollar
ABŞ-ın şimal-şərqində Men ştatı
Sahəsi – 0,4 hektar
Bu, Men ştatında kiçik adalardan biridir. Onun ölçüsü qabarmadan və ya suyun çəkilməsindən asılı olaraq dəyişə bilər. Ada qorunmuş körfəzdədir.

Big Tusket Island Parcel
Qiyməti- 63 min dollar
Yeni Şotlandiya, Kanada
Sahəsi – 14,97 hektar
Bu pula insanların məskunlaşmamış sahəsini almaq olar. Burada 1 kvadratda beş insan yaşayır. Satış haqqında elanda qeyd edilib ki, alıcı burada sakitlikdən və adanı əhatə edən təbiətin gözəlliyindən tam həzz ala biləcək.

Piaçabuçu İslands
Qiyməti -79,5 min dollar
Braziliya
Sahəsi -33 hektar
Altı ada San-Fransisku çayının ortasında yerləşib. Bu səbəbdən onları “çay adası” adlandırırlar. Adaları rəsmiləşdirmək olmaz, amma uzadılması mümkün olan 99 illik icarə razılığını bağlamaq olar.

Ambergris Caye
Qiymət -80 min dollar
Beliz, Mərkəzi Amerika
Sahəsi-0,29 hektar
Karib dənizində ən böyük adanın yanında yerləşib, inzibati mərkəzi – San-Pedro (əhalisi təxminən 9 min insan) şəhəridir. Bu adada ev tikmək və bütün əyləncə obyektlərindən istifadə etmək olar.