Aydın Hüseynov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Aydın Hüseynov seçicilərlə növbəti görüş keçirib.

Millət vəkili XALQ.AZ-a bildiriib ki, seçicilərlə ilə baş tutan görüşdə onları narahat edən məsələ və problemlər barədə danışdılar.

Görüş zamanı əsas etibarilə sosial və hüquqi məsələləri əhatə edən mövzular qaldırıldı. Seçiciləri  ayrı-ayrılıqda qəbul edərək, müraciətlərini dinlədik. Bəzi məsələlər operativ olaraq həll edildi, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq,aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirildi.