Aygün və Natavan eyni layihədə

Doqquz ildir ki, bir-birilərinə atmacalar atan, qalmaqallar edən və məhkəmə çəkişmələri olan iki məşhur müğənni: Aygün Kazımova və Natavan Həbibi bir araya gəliblər. 

XALQ,AZ  xəbər verir ki, tanınmış simalar “Zəfərə doğru” adlı layihədə iştirak ediblər. Onlar sözləri Cəlal Qurbanov, musiqisi Eldar Mansurova məxsus bəstə üçün çəkilən klip çəkilişində iştirak ediblər.

Yeni barışan cütlük kameralara səmimi poza veriblər.

Qeyd edək ki, sözügedən layihədə prezident İlham Əliyevin müəllimi Emma Kazımova, idmançılar, “Aprel döyüşləri” zamanı cəbhədə vuruşanlar və digər sənət nümayəndələri iştirakçı olaraq qatılıblar.

Elgün