Aysel Teymurzadə ikinci dəfə ana oldu

Aysel

2009 Avroviziya Mahnı Müsabiqəsində üçüncü yerə layiq görülən Aysel Teymurzadə yenidən ana olub.

XALQ.AZ-ın Gecce.az-a istinadən məlumatına görə, Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə həyatı quran sənətçi sentyabr ayının 7-də ana olub.

Müğənninin oğlan övladı dünyaya gəlib.

Qeyd edək ki, Ayselin Səidə adında bir qız övladı da var. Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub.