Birinci xanım futbol oynadı (VİDEO)

Ukrayna prezidenti Pyotr Poroşenkonun həyat yoldaşı futbol oynayıb.
XALQ.AZ-ın məlumatına görə, birinci xanım Xarkovda ayaqyalın stadiona çıxıb.

Mariya Poroşenko kimsəsiz uşaqlar üçün olan reablitasiya mərkəzində olub. Onların ailələrə qaytarılması prosesinin tezləşdirilməsi prosesi ilə tanış olub.

Birinci xanım uşaqlara hədiyyələr təqdim edib, onlarla əylənib. O, idman dərsində olan uşaqlarla da görüşüb. Xanım Poroşenko qız şagirdlərlə kişilərin sevimli oyunu olan futbol oynamaqdan da çəkinməyib. Qapıya keçən birinci xanım ayaqqabılarını da çıxarıb.

O, birinci top zərbəsini məharətlə dəf etsə də, ikinci topu tuta bilməyib.

Daha sonra Mariya Poroşenko futbolçu qız ilə yerdəyişmə edib. “Mən bu uşaqların gözlərində müəllimlərinə, Ukraynaya sevgi gördüm”, deyə birinci xanım səfər təəssüratlarını bölüşüb.