Azər Badamov: “Bu, bizim gücümüzü göstərir və öz torpaqımızda olduğunu bir daha sübut edir”

Torpaqları işğaldan azad etmək, bu ərazilərdə məcburi köçkün və qaçqınlar üçün layiqli həyat şəraiti yaratmaq Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın ən böyük arzusu, həyat amalı olub. 44 günlük Vətən müharibəsi başa çatdığı 3 ilə yaxın bir dövrdə cənab Prezident və Birinci vitse-prezident işğaldan azad olunmuş ərazilərə saysız hesabsız səfərlər edir, hər yeri qarış-qarış gəzir, quruculuq planlarına tapşırıqları verir və 30 il erməni işğalı altında qalmış ərazilər yenidən həyata qaytarılır. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva torpaqlarımız erməni işğalı altında olduğu dövrdə öz ad günlərini və həyatın əlamətdar hadisələrini məcburi köçkün və qaçqınlarla görüşərək keçirirdi. Onlara mənzillər verilir və sosial problemləri həll edilirdi və yenidən doğma yurdlarına qayıdacağı ilə bağlı söz verilirdi. Artıq dövlət başçımız bu vədi yüksək səviyyədə icra edib və bu gün Böyük Qayıdışa dair dövlət Proqramı uğurla həyata keçirilir. Torpqalarımız azaddır və Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bir fateh kimi işğaldan azad olunmuş ərazilərə səfərlər edir, həyatın əlamətdar günlərini bu ərazilərdə yeni layihələrin təməlqoyma və ya açılış mərasimlərinə həsr edərək öz doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə qeyd edir və sevinclərini bir yerdə bölüşürlər.

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın 25-26 avqust tarixlərində Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan çox əhəmiyyətli və yüksək dəyərləndirilən hadisədir. Ölkə başçımız və Mehriban xanım Əliyeva Kəlbəcər rayonuna səfəri çərçivəsində su elektrik stansiyalarının açılışını etdi, İstisu mineral sudoldurma zavodunda və İstisu Müalicə istirahət kompleksində görülən işlərlə tanış oldu, Zar kəndinin təməli qoyuldu. Laçın rayonuna səfəri çərçivəsində isə su elektrik stansiyaları istifadəyə verildi, Laçın Benəlxalq Hava Limanında və Kəlbəcər-Laçın yolunda aparılan tikinti işləri ilə tanış oldu, Laçında mehmanxana kompleksinin təməli qoyuldu, mebel fabrikinin, Hoçazfilm yaradıclıq studiyasının povilyonunun, məktəb binasının, Həkəri balıq təsərrüfatının açılışlarını etdi. O cümlədən Zabux kəndində görülən işlərlə tanış olaraq kənd sakinləri ilə görüşdü və Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Laçın Şəhəri Gününə” həsr olunmuş tədbirdə iştirak etdi.

Birinci xanım Mehriban Əliyeva doğum gününü Qarabağda keçirtdi…

Prezident İlham Əliyev və  Mehriban xanım Əliyevanın azad Laçında laçınlılarla bir yerdə olması hər bir azərbaycanlını qürurlandırır və  bu hadisə böyük siyasi əhəmiyyət daşıyır. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə yaşayış məntəqələrimizi dağıdıb talamaqla və dövlət başçılarının kef məclislərinin təşkil edilməsi ilə məşğuıl idisə, torpaqlar işğaldan azad olunandan sonra bu ərazilər yenidən qurulur, öz doğma sakinlərini qarşılayır. Dövlət başçısı və Mehriban xanım Əliyeva yenidən qurulmuş yaşayış məntəqələrində sakinlərlə birlikdə bayram tədbirlərinə qatılır.İşğaldan azad olunmuş torpaqlara əsl sakinləri qayıdır və çiçəklənir. Təbii ki, bütün bu sevinci xalqımıza bəxş edən Prezident İlham Əliyev və Mehriban xanım Əliyevadır. Xalqını sevən dövlət rəhbərlərini xalq da sevir və hər zaman dövlət başçısına dayaq olur.

3. Qısa müddətdə dirçəltdiyimiz ərazilər Qarabağdakı ermənilərə hansı mesajı ötürür?

Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən güclənən Azərbaycan dövləti öz haqq işini davam etdirir, bütün arzu və istəklərini reallaşdırır. Düzdür, qarşımıza çoxlu manelər çıxır və düşmənlərimiz bizə təzyiq göstərərək haqq işimizin qarşısını almağa çalışırlar. Ona görə də bizi danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunacağına inandırmağa çalışaraq erməni işğalını əbədiləşdirmək istədilər. Amma Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun gücü sayəsində 30 il işğal altında saxlanılan torpaqlar 44 gündə  döyüş meydanında azad olundu. O cümlədən 23 apreldə Həkəri çayı üzərində Laçın dövlət sərhəd keçid məntəqəsi yaratmaqla Azərbaycan öz gücünü bir daha nümayiş etdirdi. Bu gün artıq ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, bütün sərhəd boyu nəzarət keçid məntəqələri yaratmaqla ölkəmizə giriş və çıxışlar icazəmizlə həyata keçirlir. Azərbaycan xalqının iradəsini heç kim dəyişə bilməz. Xalqımız qurub, yaradır. İşğaldan azad olunmuş bütün ərazilər tikinti meydançasına çevrilib. Qarabağa və Şərqi Zəngəzura səfər edən hər kəsdə dağıdılıb talan olunan yaşayış məntəqələrimizi görəndə ermənilərin vəhşilikləri barəsində təsəvvür formalaşır. Amma ucalan yeni şəhər və kəndlərimizi, öz doğma yurdlarına qayıdan sakinləri, çəkilən müasir yolları, Beynəlxalq Hava Limanları və ərsəyə gələn yeni-yeni müəsisələri görəndə Azərbaycan xalqının yaradıcı və qurucu olduğunu öz gözləri ilə görürlər. Bu, bizim gücümüzü göstərir və öz torpaqımızda olduğunu bir daha sübut edir.

 

Azər Badamov

Milli Məclisin deputatı