“Azərbacan üçün yeni imkanlar yaranır” Deputat

“Azərbaycan Laçın rayonunu işğaldan azad edib, düşmən üzərində tam qələbəni təmin etməklə  həm bölgədə, həm də dünyada yeni reallıqlar yaratmış oldu. Yeni reallıqlar məhz xilaskar liderimiz, cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü, prinsipial və ən əsası da Azərbaycan xalqının milli maraqlarına uyğun yürüdülən siyasəti nəticəsində mümkün olub. Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması bu günkü  böyük tarixi qələbəni təmin etmiş oldu. Bu siyasət nəticəsində təcavüzkar Ermənistanın 30 il müddətində yürütdüyü işğalçılıq siyasətinə son qoyuldu və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu”.

Bunu açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

Millət vəkili bildirib ki, ərazi bütövlüyünü təmin edən Azərbaycan artıq böyük qayıdışa hazırlıq, bölgənin gələcək inkişaf perspektivləri istiqamətində addımlar atmağa başlayıb: “Bu gün həm Azərbaycanın gücü,  həm iqtisadi potensialı, həm də  məsələlərə  strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sürətli inkişafını təmin etmək üçün ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcək. Orada yaşayan əhalinin rifahı üçün bütün addımların atılması, o cümlədən bölgədə yaşayacaq ermənilər üçün  yeni perspektivlər açacaq. Hansı ki, orada yaşayan ermənilər özləri belə 30 il ərzində rəzil durumda yaşayıblar”.

Millət vəkili əlavə edib ki, qələbənin ən mühüm tarixi nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvanla quru dəhlizin yaradılmasıdır: “Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də  yeni regional nəqliyyat dəhlizi yaradılmaqla Türkiyə ilə birləşir. Gələcəkdə Qarsdan Naxçıvana dəmiryolunun çəkilişini nəzərə alsaq, o zaman deyə bilərik ki, bu Azərbacan üçün  yeni bir imkanlar açacaq. Belə tranzit yüklər Türkiyə və Azərbaycan üzərindən keçməklə Qərb və Şərq istiqamətinə daşınmasına imkan verəcək.  Yeni nəqliyyat dəhlizi Azərbaycan həm bölgədə, həm də dünyadakı mövqeyinin güclənməsinə əlavə təkan verəcək. Əgər Ermənistan da  məkrli, çirkin  niyyətlərindən əl çəkib, mehriban qonşuluq şəraitində yaşamaq istərsə, oz aman onlar da  yaradılacaq imkanlardan onlar da faydalana bilər. Bu Ermənistanın iqtisadiyyatına və onların rifah halının yaxşılaşmasına. Üzləşdikləri böhranlardan çıxmasında cidd rol oynaya bilər. Çünki zamanında dəfələrlə işğalçı Ermənistana  çağırışlar edildi ki, işğalçılıq siyasətindən əl çəksin və normal qonşuluq münasibətləri qurulsun. Azərbaycan Prezidenti özü də dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsindən ilk qazanan ölkə məhz onlar olacaq. Ermənistan üzləşdiyi iqtisadi, sosial böhrandan xilas olacaq. Dövlətçiliyini qoruyub saxlayacaq. Əks təqdirdə  işğalçılıq siyasəti Ermənistan dövlətçiyiliyini süquta gətirib çıxaracaq. Hansı ki, biz bu gün ona şahidlik etməkdəyik. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan bundan sonra öz çirkin niyyətlərindən, ərazi iddiası  və işğalçılıq  niyyətindən əl çəkib qonşuları ilə, xüsusən də Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri quracaqsa, bundan daha çox qazanan elə ermənilər olacaq. Ermənistan  bölgədə yaradılmış iqtisadi əməkdaşlıq platformalarından istifadə etməklə öz inkişaf mərəhələsinə qədəm qoya bilər. Bunun əksi isə Ermənistanın bir ölkə olaraq bu coğrafiyadan yox olması ilə nəticələnə bilər. Odur ki, ermənilər öz dövlətlərini qoruyub, saxlamaq, onu inkişaf etdirmək və bölgədə varlıqlarını sürdürmək  istəyirlərsə başqa seçənəkləri yoxdur. Çünki Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər sistemi qurmadan heç bir inkişaf perspektivi yoxdur. Ermənistanın gələcəyi bu iki ölkədən asılıdır. Ona görə də ermənilər bunu yaxşıca düşünmlidir”.