Azərbaycan 12 helikopter aldı

Helekopter

Rusiyanın “Rosvertol” ASC 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri göndərib.

XALQ.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Rosvertol” ASC-nin illik hesabatında bildirilib.

Azərbaycanın sifarişi 8,46 milyard rubl təşkil edib.

Şirkət ümumilikdə ötən il müştərilərinə 28 ədəd Mi-35M və 1 ədəd Mi-35MS helikopterinin çatdırılmasını təmin edib. Bunlardan 12 helikopter Azərbaycana, 4-ü İraqa ixrac olunub. Qalanlarını isə Rusiya Silahlı Qüvvələrinin silahlı qüvvələrinin sifarişi təşkil edib.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M helkiopterinin alğı-satqısına dair müqavilə 2010-cu ilin sentyabrında bağlanıb.

Helikopterlərin ilk partiyası Bakıya 2011-ci ilin dekabr ayında gətirilib. Cari ilin əvvəlində isə verilmiş sifariş üzrə döyüş helikopterlərinin çatdırılması yekunlaşıb.