Qadını işgəncə ilə öldürdülər

Qadin

Bu gecə saat 01:30 radələrində Şəmkir rayonunun Çaparlı kəndində dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilnə məlumata görə, kənd sakini 33 yaşlı Nəsibə Tağılı yaşadığı evdə vəhşicəsinə öldürülüb.

Ona çoxsaylı bıçaq zərbələri vurublar. Qadının meyidinin üzərində küt alətlə vurulan zərbələr də olub.

Hazırda baş verən dəhşətli cinayətin açılması istiqamətində əməliyyata başlanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.