Azərbaycan bu gün inkişaf strategiyasın davam etdirir

Qeyd etmək lazımdır ki, cənab Prezident Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, Azərbaycanın inkişafında öz dərin izlərini qoyubdur.

Bu sözləri verdiyi açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, biz Azərbaycanın keçdiyi yola baxdıqda, təhlil etdikdə görürük ki, 30 ilə yaxın müddətdə Azərbaycan çox böyük bir inkişaf yolu keçibdir.

“Bu gün Azərbaycan Ordusu dünyanın 50 güclü ordusu sırasına daxil olubdur, bu gün Azərbaycan iqtisadiyyatı dünyanın güclü iqtisadiyyatları sırasına daxil olubdur. Azərbaycan öz tarixində ilk dəfə itirilmiş torpaqlarını son 200 ildə birinci dəfə idi ki, bərpa etdi, geri qaytardı. Bu gün Azərbaycanda bütün sahələrdə çox böyük inkişaf gedir, qeyd etdiyimiz kimi, ordu quruculuğu sürətlə həyata keçirilir, ölkədə siyasi islahatlar uğurla davam etdirilir, iqtisadiyyatın daha da gücləndirilməsi istiqamətində çox böyük addımlar atılır. Yəni, cənab Prezidentin fəaliyyətində biz bir çox məqamları, həm beynəlxalq, həm yerli layihələri qeyd edə bilərik. Bakı-Tbilisi-Qars dəmir yolunun inşa olunmasını, son illər Azərbaycan qazının Avropaya nəqli, qaz layihəsinin uğurla icra edilməsini, Türkmənistanla müxtəlif istiqamətlərdə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları biz qeyd edə bilərik. Bu gün Azərbaycanda ən böyük məsələlərdən biri istiqlalın, sabitliyin tam təmin olunmasıdır. Azərbaycan istiqlal və sabitlik baxımından dünyanın ilk sıralarında olan ölkələrdən biridir və bu bizə imkan verir ki, biz hiss edək ki, Azərbaycan əmin əllərdədir.

Son illər Azərbaycanda bir milyona yaxın qaçqın və köçkünün həyat şəraitinin yaxşılaşdırılması üçün çox ciddi, mühüm addımlar atılıbdır, böyük işlər görülübdür. Azərbaycan bu gün çox kiçik bir ölkə olmasına baxmayaraq, beynəlxalq təşəbbüslərlə çıxış edir. Son illər Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunması, bu istiqamətdə addımlar atması, Azərbaycanın BMT çərçivəsində mühüm qətnamələrlə çıxış etməsi çox önəmli bir məsələdir. Pandemiya ilə mübarizə istiqamətində vaksin millətçiliyinə qarşı cənab Prezidentin çağırışlarını biz qeyd edə bilərik, hansıki bu gün təqdir olunur. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa, əməkdaşlığa öz tövhəsini davam etdirir. Davamlı olaraq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə bu istiqamətdə dəstək olur. Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə digər ölkələrə də vaksinlərin paylanmasında aktiv iştirak edir. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon vəsaitin ayrılmasını, bir sıra ölkələrə vaksinlərin göndərilməsini biz qeyd edə bilərik ki, bu da xüsusi önəm daşıyır. Bir sıra ölkələr özünə qapandığı halda Azərbaycan beynəlxalq müstəvidə aktiv şəkildə öz siyasətini uğurla davam etdirir və gün həm ölkəmizin inkişafına, həm də dünyanın inkişafına öz ciddi töhfələrini verməkdə davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan sürətlə irəliyə doğru gedir, günü-gündn inkişaf edir. Azərbaycanın qarşıda hədəfləri daha böyükdür və ölkəmizdə elm sahəsinə, səhiyyə sahəsinə, rifah halının daha da yaxşılaşdırılmasına çox ciddi töhfələr verilir ki, bu, dövlətimizin həyata keçirdiyi siyasətin uğuru, cənab Prezidentin təşəbbüslərinin və səylərinin nəticəsidir”, deyə Ceyhun Məmmədov bildirib.