“Azərbaycan bütün beynəlxalq təşkilatlarla normal işgüzar münasibətlər qurur” – Deputat

“Azərbaycan bütün beynəlxalq təşkilatlarla normal işgüzar münasibətlər qurur”. Bu sözləri  deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan çalışır ki, milli maraqlar nöqtəsindən öz addımlarını atsın: “Bu cənab Prezidentimizin siyasətidir. Bildiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib. Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.

Neft İxrac edən Ölkələr Təşkilatında Azərbaycanın öz nüfuzu və çəkisi var. Bu onu göstərir ki, Azərbaycan dünya iqtisadiyyatına açıq bir ölkədir. Bu ənənəvi və işguzar görüşdür. Bunun əsasında Azərbaycanın milli maraqları nəzərə alaraq istənilən beynəlxalq təşkilatda addımları və siyasəti müzakirə olunur”.