Vüqar İskəndərov seçicilərin problemlərini həll etdi

Deputat Vüqar İskəndərov Şəki şəhər Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirib. 
XALQ.AZ  xəbər verir ki, qəbuldə Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev də iştirak edib.
Müraciətlər əsasən, məşğulluq, sosial, kommunal xidmətlər və s. sahələri əhatə edib.
Əksər müraciətlər yerindəcə həllini tapıb. Digərləri isə həlli üçün aidiyyatı üzrə yönləndirilib. Deputat həmçinin vətəndaşları yaz sessiyası zamanı gördüyü işlərlə bağlı da məlumatlandırıb.