Azərbaycan çox böyük tarixi uğura imza atıb

“YAŞAT” Fondunun yaradılmasının çox böyük əhəmiyyəti var. Bu, bir daha şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir”.

Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov  deyib.

Deputat qeyd edib ki, Şəhid ailələrinə, Qazilərə dəstək məqsədilə ölkə rəhbəri tərəfindən yaradılan “YAŞAT” fondu diqqət və qayğının təzahürüdür:

“Bu bir daha göstərdi ki, Azərbaycanda şəhid ailələrinin, qazilərin, imkansızların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir. Deputat olaraq  şəhid ailələri ilə bağlı müəyyən təkliflər, müraciətlər alırıq. Şəhid ailələri ilə bağlı bəzi məsələlərin həlli üçün belə bir Fondun yaradılmasına ehtiyac var idi”.

Məşhur Məmmədovun sözlərinə görə, Vətən müharibəsində  Azərbaycan çox böyük tarixi uğura imza atıb:

“44 günlük müharibə tarixi qələbədir. Bizim üçün yeni səhifə açılıb. Bu torpaqlar uğrunda şəhid olan oğullarımıza Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Eyni zamanda, tanrı cənab prezidentimizi heç zaman xalqımızın başı üzərindən əskik etməsin!”.