DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürmüşlər.

XALQ.AZ  xəbər verir ki, bu barədə DTX-nin saytına istinadən məlumat verir.