Azərbaycan diasporu Ukrayna ordusuna kömək edir (FOTO)

M-1

“Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin ordusuna kömək edir”.

XALQ.AZ-ın məlumatına görə, bu haqda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov xəbər verib.

Onun sözlərinə görə, Ukrayna milli qüvvələrinim rəsmi saytları Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna Ukrayna ordusuna göstərdikləri köməyə görə təşəkkür edib.

“UABD-nin humanitar fondu orduya hərbi nəqliyyat vasitələrinin alınması işində yaxından iştirak edir. Bu qəbildən “Azov” könüllüləri üçün “Mitsubishi Pajero” markalı cip maşının alınmasında təşkilat maddi yardım göstərib. Bu aksiya gələcəkdə də davam etdiriləcək. Bir müddət əvvəl könüllülərin “Donbass” batalyonu üçün də qiymətli hədiyyələr alınmışdı. Hazırda döyüş bölgəsində separatçılara qarşı döyüşənlərin avtomobillərinin üzərində UABD-nin loqotipi var. Təşkilatımız bundan başqa orduya getmək istəyən könüllülərin hərbi kurslar keçməsi üçün də maddi yardım gostərir. UABD təşkilatı Ukraynada işğalçılara qarşı mübarizə aparan ictimai təşkilatların simvoluna çevrilir”, – deyə Hikmət Cavadov ANS PRESS-ə bildirib.

M-1

M-2