Bakıdan keçən 3 ton heroin

Heroin

Gürcüstan daxili işlər nazirliyi Azərbaycandan gələrək Türkiyəyə doğru istiqamət götürmüş yük maşınında 2,79 ton maye heroin aşkarlayıb.

XALQ.AZ-ın məlumatına görə, əməliyyat zamanı iki Gürcüstan vətəndaşı həbs edilib.

Bu, Gürcüstan ərazisində tutulmuş ən iri narkotika partiyasıdır.

Yük maşınından 93 ədəd 30 litrlik heroin çəlləyi düşürülüb.

Əldə edilən məhsulun 80%-i təmiz heroindir.

Malın bazar qiyməti yüz milyon dollarlarla ölçülür.