Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlar təqdim edir

 

 

Bu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlar təqdim edir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir edilib. Zəfər qazanmış Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanları tikilir. Artıq Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunaraq istifadəyə verilib. Hava limanının istənilən tip hava gəmisi qəbul etmək imkanları var. Hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Cənab Prezident öz çıxışında bildirdiyi kimi, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.”

Müstəqil Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır.Bu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkankarını da təqdim edir. Bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Qarabağ ərazilərinin 30 illik işğalı həmin potensialın tam realizəsinə və təchizatçılar tərəfindən düzgün qiymətləndirilməsinə imkan vermədi. Artıq həmin təchizatçıların fikrinin dəyişməsi üçün əlverişli zəmin yaranıb. Bakı, Qarabağ ərazisi üzərindən strateji kommunikasiyaların bərpasına çalışır. Hazırda şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindən biri olduğu üçün Azərbaycan enerji strategiyasını məhz bu prinsip əsasında qurur. 44 günlük müharibədə qazanılan qələbə Zəngəzur dəhlizi vasitəsilə yüklərin daşınması beləliklə də bölgənin təhlükəsizlik məkanına çevrilməsi üçün bütün vacib şərtləri formalaşdırır. Prezident İlham Əliyev öz çıxışlarından birində demişdir: “Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Zəngəzur kolidorunun tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda arabaya oturub rahatlıqla Türkiyəyə oradan keçə bilərik. Nə qədər tez Ermənistan bunu dərk etsə, o qədər də onlar üçün yaxşı olar. Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün də mühüm ixrac marşurutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir. Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə, ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Və bu günə qədər mümkünsüz görünən bir çox layihəni mümkün edən, reallığa çevirən də məhz siyasi iradədir. Həmin siyasi iradə perspektivdə dayanan yeni planları yaxud yeni enerji layihələrini də ən qısa zamanda həyata keçirməyə qadirdir. Yalnız enerji layihələrini əlbəttə ki, xeyr.”

Dövlət başçısı bu çıxışında Azərbaycanın bugünədək reallaşdırdığı faktiki bütün layihələrin mənzərəsini yaratdı. Bura qeyri-neft sektoru dəqiq desək, elektrik enerjisindən tutmuş nəqliyyat dəhlizləri və ya tranzit imkanlarına, yaradılan infrastruktura qədər hər şey bütün məqamlar daxildir. Belə bir sual yaranır , niyə? Çünki, Azərbaycan ənənəvi neft-qaz sərgisinə həm də bir əməkdaşlıq platforması, ölkənin artıq müharibə dövründə yeni reallıqda bütün siyasi-iqtisadi imkanlarını tanıtmaq üçün hətta informativ və ideoloji baxımdan Azərbaycan dövləti və xalqını növbəti dəfə dünyaya təqdim etmək üçün əlverişli tədbir, bir platforma kimi yanaşır və bütün ölkələrin investorları da bu imkanlardan, yaradılan infrastrukturdan yararlanmağa çalışır.Yalnız bir şərtlə ki, deyilən sözə, üzərinə götürülən öhdəliyə qarşılıqlı hörmət və inam əsasında əmək etmək lazımdır. Bu şərtə əməl edən ilk dövlət də elə məhz Azərbaycandır.

1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan da öz öhdəliklərinə hörmət etməyi gözləyirik.Bizim üçün əməkdaşlıqda əsas amil söz və əməlin vəhdətidir. Bu prinsipə hörmət edən hər kəs bizimlə əməkdaşlıqda uğur qazana bilər.

Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki, qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz.İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri də qarşılıqlı ticarət və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi üç dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində isə daha 50% artım müşahidə olunub.Birgə sərmayə fondları yaradılıb. Növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı xüsusən də, pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı prosesləri həyata keçiririk. Biz Mərkəzi Asiyadan olan şirkətlərinin Azərbaycanda yeni yaradılmış Ələt azad iqtisadi zonasına marağını görürük. Nəqliyyat-loqistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilir ki, Azərbaycanın bütün nəqliyyat-loqistika infrastrukturu onlar üçün açıqdır.

Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm də tranzit ölkə kimi əhəmiyyətini artırır.

Hacıəliyeva Zərifə Telman qızı

Bakı Qızlar Universiteti