İlham Əliyevin xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın yeni formatı

Son illər Azərbaycanın xarici siyasətin də Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Buda öz növbəsində Azərbaycan Respublikası ilə Mərkəzi Asiya dövlətlərinin, həmçinin dövlət başçılarının əməkdaşlığının yüksələn xətt üzrə inkişafına zəmin yaradır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə və həmin dövlət başçılarının Azərbaycan Respublikasına səfərləri bu inkişafa sübutdur. 14 sentyabr Prezident İlham Əliyev Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq kimi iştirak etmişdir. Qeyd edim ki, Prezident İlham Əliyevin qardaş Tacikistana bu il ikinci səfəridir. Görüş zamanı əvvəlcə Tacikistan prezidenti, hörmətli Emoməli Rəhmon Azrbaycan Respublikasının prezidenti İlham Əliyev və digər dövlət başçılarını salamlayıb. Daha sonra digər dövlət başçıları- Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan Prezidentləri Cənab İlham Əliyevi salamlayıb və Məşvərət görüşündə iştirakını yüksək qiymətləndiriliblər. Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini bir biri ilə xalqımızın çox əsrlik qardaşlıq münasibətləri bağlayır. Bunu Məşvərət çıxışında Prezident İlham Əliyev də vurğulamışdır. Prezident İlham Əliyev çıxışı zamanı dəvəti üçün Tacikistan Respublikasının Prezidenti, hörmətli Emoməli Rəhmona təşəkkürünü bildirib və çıxışında səfərin əlaqələrimizi daha da möhkəmləndirməsinə xidmət edəcəyini bildirib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Əliyev Tacikistan xalqını Müstəqillik günü münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev çıxışında: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkəmizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq”. deyə bildirib. Daha sonra Prezident Tacikistan dövlət başçısınında Azərbaycan Respublikasına dövlət səfərini səbirsizliklə gözləyirik deyə qeyd edib. Prezident Emoməli Rəhmona çıxışı üçün cənab prezidentimizə təşəkkür edib.
1993-cü ildən sonra Azərbaycan Respublikasının tarixinə baxsaq görərik ki, Azərbaycan, Türk dünyası, həmçinin dünya dövlətləri arasında nüfuza malikdir və güclü xarici siyasət yeritmişdir, bu xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davat etdirilir. Eləcə də bu siyasət beynəlxalq münasibətlərdə də özünü göstərir. Mərkəzi Asiya dövlətləri ilə uğurlu xarici siyasət yeritməsi İlham Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir. Azərbaycan Türk dünyası üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.
Bakı Qızlar Universiteti
Məmişova Nənəxanım